Masallıda Tovuz döyüşlərində şəhid olan mayor Anar Novruzov yad edilib

13 İyul 2021 - 23:36

2020-ci il iyulun 12 – də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət səhəddinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərərək bir sıra yaşayış məntəqələrimizi atəşə tutub.

Düşmən hücumu nətisində şəhid olan hərbi qulluqçularımız arasında mayor Anar Gülverdi oğlu Novruzov da var idi.
Masallı rayonu Ərkivan qəsəbə qəbiristanlığında şəhid Anar Novruzovun şəhadətinin ildönümü ilə bağlı anım mərasimi keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölğəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, həmin şöbənin baş məsləhətçisi Kamil Bağırov və Masallının din xadimlərinin qatıldığı tədbirdə ilk öncə şəhidlərin xatirəsi yad edilib.

QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov çıxışında qeyd edib ki, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu hamımıza örnəkdir: “Hamımız şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolundan bəhrələnməli və onları daim yad etməliyik”. Daha sonra natiq vurğulayıb ki, Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan Anar Novruzov ömrünü Vətən üçün fəda edib, böyük qələbimizin təməlini qoyub və heç zaman unudulmayacaq qəhrəmanlıq salnaməsi yaradıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölğəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında bildirib ki, şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Şəhidlik, Vətən olan sonsuz sevginin təcəssümüdür. Vətğn, torpaq uğrunda canlarln keçən Anar kimi şəhidlərimiz daim qəlbimizdə yaşayacaq.
Şəhid Anar Novruzovun qardaşı Cucəddin Novruzov çıxışında mərasim iştirakçılarına təşəkkür edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Sonda şəhidlərin ruhuna dualar oxunub.