Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, daxil olan məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.