Masazırda evdə ana və qızı yanaraq ölüb –VİDEO

yanğın
yanğın

Bu gün sübh vaxtı Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış evinin yanması nəticəsində ölən şəxslərin kimliyi müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, evdə yanaraq ölən şəxslərin 1949-cu il təvəllüdlü Xanım Əliyeva və qızı 1967-ci il təvəllüdlü Reyhan Əliyeva olması müəyyən edilib. onların nəşi aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə vaxtı hər mərtəbəsi 40 m² olan ikimərtəbəli ev tamamilə yanıb. Yanğınla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.