ABŞ-ın Şimali Karolina ştatının sakininin avtomobil təmiri sexinə gəlişi ona 379 747 dollar gəlir gətirib.
Azpost.info UPI-yə istinadən bildirir ki, o, lotereya oyununda cekpotu “partladıb”
Metyus şəhərinin sakini Ancej Kilbon Şimali Karolinada oynanılan Təhsil Lotereyasının nümayəndəsinə bildirib ki, o, avtomobilə xidmət göstərmək üçün görüş təyin edib. Lakin həmin səhər bir az boş vaxtı olub. Odur ki, Kilbon onlayn “Bison Bonanza” onlayn lotereyasını oynayaraq vaxt “öldürmək” qərarına gəlib. Sonunda $379,747 cekpotu qazanıb.
O, bu pulla avtomobilini təmir edəcəyini və özünə elektromobil alacağını bildirib. Kilbon həmçinin Havay adalarına da səfər etməyi planlaşdırır.