Mask vikipediyaya alternativ platforma yaradır

Amerikalı biznesmen İlon Mask tez-tez qərəzli olmaqda ittiham etdiyi vikipediyaya alternativ olaraq yeni platforma yaradır.

Mask “X” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb: “Biz xAI olaraq “Grokipedia”nı qururuq. Bu, vikipediyanın daha çox inkişaf etmiş versiyası olacaq”.

Məlumata görə, platformanın hər kəsin töhfə verə biləcəyi açıq mənbəli məlumat bazası və məhdudiyyətsiz giriş imkanına sahib olması planlaşdırılır.

Qeyd edək ki, İ.Mask daha əvvəl vikipediyanın “woke” ideologiyasından (sosial ədalət və bərabərlik mövzularında həddindən artıq həssaslıq və siyasi korrektlik anlayışı – red.) təsirləndiyini və maliyyələşmə mənbəyinin açıqlanmalı olduğunu bildirmişdi. Vikipediyanın qurucularından biri olan Lerri Senqer də platformanın etibarlılığını itirdiyini deyərək oxşar tənqidlər səsləndirmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.