Maskın “Twitter”in alması təhlükə altındadır

Amerikalı shibkar İlon Maskın “Twitter” sosial şəbəkəsinin alması razılaşması ciddi təhlükə altındadır.

Bu barədə “The Washington Post” qəzeti xəbər verib.

Məlumata əsasən, iş adamının köməkçiləri belə nəticəyə gəliblər ki, təxminən neçə “Twitter” hesabının saxta olduğunu və ya toplu reklam mesajları göndərmək üçün istifadə edildiyini müəyyən edə bilmirlər. Onlar hesab edirlər ki, sosial şəbəkə rəhbərliyi bu məlumatı açıqlamağa calışmır.

Bildirilib ki, bu baxımdan, İ.Maskın şəbəkənin perspektivlərini biznes nöqteyi-nəzərindən qiymətləndirmək üçün yəqin ki, kifayət qədər məlumatı yoxdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.