“Gürcüstanı Ukraynaya çevirməyə çalışırlar”- Baş nazirdən açıqlama

Ukraynanın “maydan” ssenarisi Gürcüstanda təkrarlana bilməz, çünki ölkədə güclü institutlar və müdrik insanlar var.

Azpost.info xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Radikallar və onların xarici himayədarları hər zaman ölkədə iğtişaşlar törətmək və Gürcüstanı Ukraynaya çevirmək üçün səbəblər tapmağa çalışırlar. Onlar hələ də dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü təsisatları olan, ən əsası isə gücü sarsılmayacaq təcrübəli və müdrik xalqı olan müstəqil dövlətdir. “Maydan” ssenarisi Gürcüstanda reallaşa bilməyəcək. Gürcüstan dövlətdir və dövlət, təbii ki, buna imkan verməyəcək”, – Kobaxidze bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.