“Mayın 15-də danışıqlara başlamağı təklif edirik” –Putindən Zelenskiyə müraciət

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif edib.

Putin bunu mətbuat konfransında bildirib.

“Biz Kiyevə heç bir ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif edirik. Danışıqlara mayın 15-də İstanbulda başlamağı təklif edirik”, – Rusiya lideri vurğulayıb.

Putin əlavə edib ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla danışacaq və ondan Ukrayna ilə danışıqlar üçün meydança təqdim etməyi xahiş edəcək.

Rusiya Prezidenti qeyd edib ki, yeni atəşkəslərin razılaşdırılması mümkündür.

“Biz ciddi danışıqlara hazırıq. Bizim təkliflərimiz masa üzərindədir. Ukrayna hakimiyyəti və kuratorları qərar verməlidirlər. Rusiya heç bir şərt olmadan danışıqlara hazırdır. Uzunmüddətli sülh əldə etmək lazımdır. İndi müharibə gedir və biz danışıqlar təklif edirik, bunun nəyi pisdir?”, – Putin vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.