Mayk Pens ABŞ-ın yeni prezidentinin andiçmə mərasiminə qatılacaq

10 Yanvar 2021 - 10:00

ABŞ-ın vitse-prezidenti Mayk Pens yanvarın 20-də yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak edəcək.

Bu barədə “NBC” telekanalı vitse-prezidentin qərarı ilə tanış olan bir mənbəyə istinadən məlumat yayıb.

Buna qədər Bayden özü də ABŞ-ın vitse-prezidenti Pensi andiçmə mərasiminə dəvət etmişdi. Eyni zamanda, Biden jurnalistlərə müsahibəsində, hazırkı prezident Donald Trampın andiçmə mərasimində iştirak etməməklə bağlı qərarının “yaxşı” olduğunu bildirib.