Mayk Pens ABŞ-ın yeni prezidentinin andiçmə mərasiminə qatılacaq

ABŞ-ın vitse-prezidenti Mayk Pens yanvarın 20-də yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak edəcək.

Bu barədə “NBC” telekanalı vitse-prezidentin qərarı ilə tanış olan bir mənbəyə istinadən məlumat yayıb.

Buna qədər Bayden özü də ABŞ-ın vitse-prezidenti Pensi andiçmə mərasiminə dəvət etmişdi. Eyni zamanda, Biden jurnalistlərə müsahibəsində, hazırkı prezident Donald Trampın andiçmə mərasimində iştirak etməməklə bağlı qərarının “yaxşı” olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyənin gələcəyini Avropada görürük” –

Sonrakı məqalə

Vidadi Muradov “Azərxalça” ASC İdarə Heyətinin sədri vəzifəsindən azad edilib