“McDonald’s” ABŞ-dakı ofislərini bağlayacaq

“McDonald’s” restoranlar şəbəkəsi yaxın vaxtlarda ABŞ-dakı ofislərini bağlayacaq.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, ofislər işçilərin ixtisarına hazırlıqla əlaqədar bağlanır. Filialların bağlanması müvəqqəti xarakter daşıyacaq, kollektiv aprelin 3-dən aprelin 5-dək evdən işləyəcək.

Şirkət ixtisar olunacaq işçilərin sayını açıqlamaqdan imtina edib. Ümumilikdə, “McDonald’s”ın 150 mindən çox əməkdaşı var. Onların 70 faizi ABŞ-dan kənarda işləyir.

Yanvarın əvvəlində “McDonald’s”ın baş direktoru Kris Kempçinski işçilərinə 2023-cü ildə ixtisarların olacağına dair korporativ məktub göndərmişdi. O qeyd etmişdi ki, yaxın vaxtlarda kadrların rolu və səviyyələrinin qiymətləndirilməsinə başlanılacaq.

Azpost.info

Əvvəlki məqalə

Daha iki siyasi partiya birləşmək haqqında qərar verdi –

Sonrakı məqalə

Psixiatriya Xəstəxanası uşaq evindən göndərilmiş yeniyetmə ilə bağlı AÇIQLAMA verdi