“McDonald’s” kartof-fri qoxulu ətirlər satacaq

“McDonald’s”ın Yaponiyadakı bölməsi kartof-fri qoxulu xüsusi ətirlər seriyasını buraxacaq.

Azpost.info xəbər verir ki, bu barədə şirkət “Tviter”də (X) bildirib.

Şəbəkənin nümayəndələri qeyd ediblər ki, ətir üç versiyada satılacaq.

“Biz kartof qoxusu olan ətir yaratdıq. Sizin vacib görüşünüz üçün mükəmməldir! Klassik kartof qızartmasının dadına əlavə olaraq, siz yapon ədviyyatları, dəniz yosunu və duzu, həmçinin sarımsaq, qara bibər və mayonezli variantı əldə edə biləcəksiniz”, – şirkətdən bildiriblər.

Satışların başlama tarixi və ətirin qiyməti hələ açıqlanmayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.