“MDB-dəki münaqişələr diplomatik yolla həll edilməlidir”- Putin Astanadan çağırış etdi

“MDB ərazisindəki münaqişələr diplomatik yolla həll edilməlidir”

Azpost.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda keçirilən MDB dövlət başçılarının sammitində deyib.

Putin bildirib ki, MDB məkanında müsbət qarşılıqlı fəaliyyətlə yanaşı, mübahisələr və fikir ayrılıqları mövcuddur.

“Əlbəttə, biz çıxış yollarını xoşməramlılıq prinsipləri əsasında axtarmağa çalışmalıyıq və bu xoşməramlılıqdan maksimum istifadə etməliyik”, – Rusiya lideri qeyd edib.

Astanada MDB-yə üzv dövlətlərin liderlərinin sammiti bu gün başlayıb. Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan liderləri 2020-ci ildən bəri ilk əyani iclasa toplaşıblar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.