MDB Dövlət Başçılarının Zirvə Görüşü keçiriləcək

Oktyabrın 10-da Tacikistanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

AzPost bildirir ki, bu barədə MDB-nin İcraiyyə Komitəsinin baş katibi S. Lebedev deyib.

Onun sözlərinə görə, dövlət başçıları bir sıra aktual məsələlər, o cümlədən hərbi sahədə, terrorizmlə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı müzakirə aparacaqlar.

Zirvə toplantısında BMT-nin yaradılmasının 80 illiyi və Çernobıl qəzasının 40 illiyi ilə əlaqədar Bəyanat qəbul ediləcək.

Bir gün əvvəl- Oktyabrın 9-da Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.