“Bəzi dövlətlər MDB ölkələrində legitim hakimiyyəti sarsıtmağa çalışırlar”.
Azpost.info bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin MDB Təhlükəsizlik Şurası katiblərinin iclasının iştirakçılarına videomüraciətində bildirib.
“Qlobal qeyri-sabitlik Avrasiya üçün də hazırlanır. Bəzi dövlətlərin hərəkətləri bilavasitə MDB ölkələrində qanuni hakimiyyəti, sosial sabitliyi və ənənəvi dəyərləri sarsıtmağa, ənənəvi sıx ticarət, əməkdaşlıq və mədəni əlaqələrimizi pozmağa yönəlib”-deyə Rusiya prezidenti vurğulayıb.
Putin qeyd edib ki, MDB ölkələri üçün ümumi olan təhlükələr hələ də qalmaqdadır: Bunlar terrorizm və mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya, radikalizm və ekstremizm, həmçinin iqtisadi, informasiya, texnoloji və bioloji təhlükəsizlik sahəsində risklərdir.
“Bütün bunlar təkcə əlaqələndirilmiş kollektiv reaksiya deyil, həm də çoxlu profilaktik iş tələb edir. Xüsusilə, MDB məkanında və bütövlükdə dünyada vəziyyətin dərindən və hərtərəfli öyrənilməsi, prioritetlərin dəqiq müəyyən edilməsi və vaxtında həyata keçirilməsi üçün təhlükəsizlik şuralarının proqnozlaşdırma, informasiya və analitik potensialından tam istifadə etmək vacibdir”, – deyə Putin qeyd edib.
Azpost.info