Ötən gün həm kişi, həm də qadın komandaları arasında finalçılar müəyyənləşdi.
AzPost-un yarışlara ezam olunmuş əməkdaşı xəbər verir ki, yarımfinal görüşlərinin nəticələrinə əsasən hər iki kateqoriyada Azərbaycan və Rusiya yığmaları finala vəsiqə qazanıblar.
27 sentyabr, 10:00
Stolüstü tennis (kişilər), final:
Azərbaycan – Rusiya;
Stolüstü tennis (qadınlar), final:
Azərbaycan – Rusiya.
Bundan başqa, bu gün stolüstü tennisdə individual yarışlar başlayır.
Maraqla gözlənilən digər idman növü futbolda ilk oyunlar da bu gün başlayacaq. Qəbələ şəhər stadionunda A qrupunda yer alan Azərbaycan və Tacikistan və B qrupunda qərarlaşan Belarus və Rusiya yığmaları qarşılaşacaq.
27 sentyabr, 12:00
A qrupu
Tacikistan – Azərbaycan
14:00
B qrupu
Belarus – Rusiya.