Baku TV artıq neçənci dəfədir ki, ticarət obyektlərində istehlakçıya qəbzin verilmədiyi faktını işıqlandırır.
Bu sıraya mebel mağazaları da əlavə olunub. Kanalın qaynar xəttinə daxil olan şikayət əsasında gedilən məkanların birində mağazada internetin olmadığını, qəbzin şəklini çəkib göndərəcəklərini deyiblər. Digərində isə çəkilişə əngəl olmağa cəhd ediblər.
Sakinlər də qəbz almaqda problemlə qarşılaşdıqlarını deyirlər.
“Bu yaxınlarda mebel almışam, amma qəbz verilməyib”, – deyə vətəndaş narazılığını bildirib.