“Mədəniyyət” qəzeti bundan sonra sayt kimi fəaliyyətini davam etdirəcək

Mədəniyyət qəzeti
Mədəniyyət qəzeti
“Mədəniyyət” qəzetinin çapı dayandırılıb.
Bu barədə AzPost-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcək.
Qeyd edək ki, “Mədəniyyət” qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.