“Media haqqında” qanun layihəsi növbəti dəfə müzakirə olunacaq

Sabah Milli Məclisdə geniş tərkibdə “Media haqqında” qanun layihəsinə həsr olunan növbəti müzakirə təşkil olunacaq.
APA-nın məlumatına görə, müzakirədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri iştirak edəcək.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 20-də keçirilən iclasında “Media haqqında” qanun layihəsinin geniş tərkibdə müzakirəsinin keçirilməsi ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitəsinə müvafiq tapşırıq vermişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir