“MEDİA “Jurnalist Evi”ndəki mənzillərin özəlləşdirilməsinə münasibət bildirib

Son dövrlər “Jurnalist Evi” MMC-nin balansında olan mənzillərin özəlləşdirilməsi ilə bağlı mediada müxtəlif mülahizələr irəli sürülməkdədir. Bu məsələ ilə bağlı bildirmək istərdik ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə daxil olmuş müraciətlərlə əlaqədar aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılıb.

Bu barədə APA-ya Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirlib ki, müzakirələrin nəticələrinə müəyyən edilib ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həmin mənzillərə dair dövlət reyestrindən çıxarış almaq üçün müvafiq dövlət rüsumu ödənilməli və tələb olunan sənədlərlə birlikdə aidiyyəti orqana müraciət edilməlidir. Bu prosedurla bağlı qanunvericilikdə hər hansı istisna nəzərdə tutulmayıb.
Əlavə olaraq qeyd edilib ki, “Jurnalist Evi” MMC-nin sakinlərinin böyük əksəriyyəti qanunvericiliklə təsbit olunmuş proseduru yerinə yetirməklə heç bir problem yaşamadan mənzillərinə çıxarış alınıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir