MEDİA-nın mətbuat katibləri üçün keçirdiyi seminarlar yekunlaşıb –FOTO

“ADA” Universitetində MEDİA Agentliyi ilə birgə təşkil edilən və dövlət təşkilatlarının ictimai əlaqələr funksiyası ilə məşğul olan əməkdaşları üçün nəzərdə tutulan “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzulu silsilə seminarların birinci mərhələsi yekunlaşıb.

Fevralın 3-də seminarların ilk mərhələsini bitirən 37 məzun sertifikatla təltif edilib.

İki həftə davam edən silsilə seminarların birinci mərhələsində iştirakçılar yerli və xarici media ilə əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi məsələlərini diqqətdə saxlamış, ənənəvi və sosial media ilə işə proaktiv yanaşaraq təmsil etdikləri qurumlara dair daha keyfiyyətli ictimai məzmunun yaradılması yollarını nəzərdən keçiriblər.

Seminarın birinci mərhələsi yerli və xarici mütəxəssislərin çıxışları, interaktiv müzakirə sessiyaları, qrup tapşırıqları və ölkənin aparıcı KİV-lərinin nümayəndələri ilə fikir mübadiləsi hissələrindən ibarət idi.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən medianın inkişafının dəstəklənməsi, bu sahədə təsisat quruculuğu işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DTX sabiq nazir Səlim Müslümovun həbsi ilə bağlı məlumat yaydı –

Sonrakı məqalə

“Çox ağır halda, huşu qapalı, koma vəziyyətində gətirilib” –