MEDİA-nın rəhbərliyi “Qarabağ” klubunun qonağı olub- FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi “Qarabağ” klubunun qonağı olub.

Ağdam təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov, “Qarabağ”ın baş direktoru Emrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin iştirakı ilə keçirilən görüşdə müxtəlif mövzularda fikir mübadiləsi aparılıb.

“Qarabağ”ın kommunikasiya üzrə fəaliyyətinin effektivliyinin artırılması müzakirə olunub, bu sahədə Medianın İnkişafı Agentliyi ilə qarşılıqlı əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Görüşün sonunda Əhməd İsmayılova “Qarabağ”ın forması təqdim olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.