Medianın İnkişafı Agentliyi çap və onlayn media barədə inzibati tədbirlər görəcək

Medianın İnkişafı Agentliyi inzibati xətaya yol verən KİV-lər barədə inzibati tədbirlər görmək səlahiyyətinə malik olacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsində əksini tapıb.

Nizamnaməyə əsasən, Medianın İnkişafı Agentliyinin vəzifələr sırasına çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək daxil edilib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir