Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Mediaya dəstək müsabiqələrinin yeni qaydaları necədir? –

User 13 Noyabr 2025 - 12:45 (Last updated: 13 Noyabr 2025 - 12:45)
natiq memmeli

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli Agentliyin mediaya dəstək müsabiqələrinin yeni qaydaları ilə bağlı AZƏRTAC-a müsahibə verib.

AzPost müsahibəni təqdim edir.

– MEDİA-nın keçirdiyi müsabiqələr ənənə halını alıb, artıq növbəti fərdi jurnalist müsabiqəsi elan olunub. Bu müsabiqələri keçirməkdə başlıca məqsəd nədən ibarətdir və səmərəliliyini necə qiymətləndirmək olar?

– Doğru qeyd edirsiniz ki, Agentliyin həyata keçirdiyi müsabiqələr mediamızda ənənə halını alıb və müraciətlərin dinamikasını, eyni zamanda, nominasiyalar üzrə rəqabət səviyyəsini təhlil etdikdə jurnalistlərimizin müsabiqəyə ciddi marağının olduğunu söyləyə bilərik. Bu müsabiqələr jurnalistlərin fərdi bilik və bacarıqlarının inkişaf etdirilməsi, potensialının üzə çıxarılması, xüsusən də yeni imzaların tanıdılması baxımından vacib həvəsləndirmə rolunu oynayır. Bildiyiniz kimi, Agentlik müsabiqədə iştirakla bağlı hər hansı istiqamət və ya mövzu təklifi etmir, əksinə jurnalistin özünün seçimi əsasında müsabiqə elan olunan günə qədərki son üç ay ərzində işıq üzü görmüş istənilən materialını təqdim etmək sərbəstliyini dəstəkləyir. Jurnalist artıq öz işini yalnız müsabiqə şərtlərinə uyğun qurmur, şərtlər jurnalistin yaradıcı sərbəstliyinə uyğunlaşdırılır. Müsabiqənin bütün nominasiyaları praktik jurnalistikanın tələblərinə görə müəyyənləşib. Müqayisə üçün deyə bilərik ki, son illərədək müsabiqələrdə bir qayda olaraq həcm və forma tələbi ön planda olurdu ki, bu da əksər vaxtlarda sözçülüyə, təkrarçılığa gətirib çıxarır, jurnalistin fərdi üslubunu arxa plana keçirirdi. İndi jurnalist hazırladığı müsahibədən tutmuş köşə yazısına və oçerkinə qədər ən yaxşı hesab etdiyi istənilən materialını müsabiqəyə təqdim edə bilər. Eyni prinsiplər audiovizual media subyektlərində çalışan həmkarlarımızın materiallarına da şamil edilir. Burada yalnız xronometraj həddi müəyyən edilib ki, bu da televiziyaların xəbər süjetləri üçün nəzərdə tutulmuş ümumi normativlərdən irəli gəlir.

Hər dəfə müsabiqələrə yekun vurulduqdan sonra onun nəticələri təhlil edilir, lazım gələrsə, şərtlərin təkmilləşdirilməsi yönündə addımlar atılır. Fərdi jurnalist müsabiqəsinin şərtlərinə edilən sonuncu dəyişiklik audiovizual media subyektlərinin əməkdaşları üçün yerlərin artırılması ilə bağlı olub. Müsabiqədə hazırda 8 nominasiyanın hər biri üzrə 5 nəfər olmaqla, qəzet və veb-saytların 40 nümayəndəsi, audiovizual media üçün nəzərdə tutulmuş 3 nominasiyanın hər biri üzrə 10 nəfər olmaqla, 30 media nümayəndəsi, ümumilikdə isə 70 nəfər qalib elan olunur.

Məsuliyyətli jurnalistikanın təşviqi, etik standartlara sadiqlik, analitik düşüncə və yaradıcı yanaşma bizim üçün prioritetdir və sevindirici məqam odur ki, media nümayəndələri də bu prosesin fəal tərəfdarıdır.

 

– Çap və onlayn media subyektləri üçün müsabiqələrdə bu dəfə irəli sürülmüş yeni şərtlər hansı zərurətdən irəli gəlib?

– Ənənəvi media subyektlərinə göstərilən dəstək ictimai və dövlət maraqlarını əsas götürərək həyata keçirilir. Fərdi jurnalist müsabiqəsində olduğu kimi, burada da məqsəd media subyektinin peşəkarlığının gücləndirilməsi, cəmiyyətin ictimai məzmunlu informasiya ilə təminatının keyfiyyətli formada qurulmasıdır. Media gündəlik işini müasir meyillərə cavab verərək qurmadığı təqdirdə, heç şübhəsiz ki, davamlı auditoriyasının zəiflədiyinin və nəhayət, ictimai rəyə təsir imkanlarının azaldığının şahidi olacaqdır.

Dünyanın qlobal media ekosistemində cərəyan edən proseslər Azərbaycan mediasından da yan keçmir, əksinə, onun peşəkar fəaliyyətinə birbaşa təsir göstərir. Bu baxımdan bizim yanaşmamız da milli informasiya resurslarımızın daha da güclənməsi, yerli və beynəlxalq rəqabətdə etibarlı mənbə kimi mövqeyinin qorunub saxlanmasına dəstək verməkdir. Süni intellekt əsaslı texnologiyaların tətbiqi, rəqəmsal platformaların funksionallığının getdikcə artması Azərbaycan mediasının da bu istiqamətdə uyğun fəaliyyətini tələb edir. Ona görə də çap və onlayn media subyektlərinə müsabiqəli maliyyə yardımının göstərilməsinə dair yeni yanaşmanın tətbiq edilməsi zəruri idi. Yeni qaydalara görə veb-saytlara ayrılan maliyyə vəsaitinin həcmi artırılıb, bu da öz növbəsində minimum işçi sayının, eyni zamanda, jurnalistlər üçün minimum əməkhaqqının artırılması ilə müşayiət olunmalıdır. Göründüyü kimi, dövlətin maliyyə dəstəyi bir tərəfdən medianın rəqəmsal mühitə inteqrasiyasını, rəqabətə davamlılığını dəstəkləməklə yanaşı, digər tərəfdən jurnalistin sosial müdafiəsinin gücləndirilməsini də prioritet hesab edir.

Ənənəvi mediamızın mühüm elementi olan qəzetlərə də ümumi yanaşma tətbiq edilərək onların hamısının yalnız həftədə bir nömrəsinin maliyyələşdirilməsi prinsipi əsas götürülüb. Hesab edirik ki, qəzet redaksiyalarımız getdikcə bahalaşan mətbəə, kağız və bu qəbildən olan müxtəlif texniki xərclərini optimallaşdırmalı, yeni reallıqlara uyğunlaşaraq rəqəmsal platformalarda öz yerlərini möhkəmləndirməlidir. Aydın məsələdir ki, bu, media idarəetməsinin yenilənməsi, materialların yazı və təqdimat formalarının təkmilləşdirilməsi və s. kimi çoxtərəfli, lakin medianın gələcəyi ilə bağlı həyati əhəmiyyətli yaradıcı məsələdir.

– MEDİA artıq televiziyalar üçün də ayrıca müsabiqələr təşkil edir, bu istiqamətdə görülən işləri necə qiymətləndirmək olar?

– Artıq ikinci ildir ki, Audiovizual Şura ilə birlikdə dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqələr təşkil edirik. Hədəfimiz yeni media mühitində auditoriyayönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalını və yayımını təşviq etməkdir. Maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığın stimullaşdırılması əsas prioritet kimi müəyyənləşdirilib. Məqsədimiz informativ və ictimai dəyər daşıyan materialların sayını artırmaq, eyni zamanda, televiziya kanallarını çoxformatlı, yaradıcılığa əsaslanan məzmuna həvəsləndirməkdir. Apardığımız sistemli monitorinqlərin nəticəsi deməyə əsas verir ki, dövlət dəstəyi efir məkanının ictimai məzmunlu audiovizual kontentlə zənginləşməsində mühüm rol oynayır. Yeri gəlmişkən onu da vurğulamaq istərdik ki, televiziyalarımız da ənənəvi mediamızın vacib elementləridir, onların da istər idarəetmə, istər rəqəmsallaşma baxımından müasirləşməsi, məzmun zənginliyində yaradıcılığın dəstəklənməsi günümüzün tələbidir. Ümumiyyətlə, dövlətin bütün media subyektlərinə göstərdiyi dəstəyin əsas mahiyyəti ondan ibarətdir ki, o, yalnız medianın mövcud vəziyyətini qoruyub saxlamağa yönəlmir, eyni zamanda, jurnalistikanın gələcəyini də nəzərə alır.

AzPost.az

Post navigation

Previous: MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək
Next: Azərbaycanlı jurnalist Türkiyədə həlak olub

Oxşar xəbərlər

suni intelekt is
  • Media

2035-ci ilə qədər jurnalistlərin yarısı işini itirəcək – Süni intellekt media bazarını dəyişir

User 22 Oktyabr 2026 - 17:07
ilon mask robot
  • Media

İlon Maskdan xəbərdarlıq – Süni intellekt bəşəriyyəti məhv edə bilərmi?

User 21 Oktyabr 2026 - 10:02
turk jurnalist
  • Media

Haqqında cinayət işi açılan türk köşə yazarı Azərbaycandan üzr istədi

User 16 Oktyabr 2026 - 20:44

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.