Medvedev prezident Zelenskini məhv etməyə çağırıb –"Onların kökü kəsilməlidir"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidentini və onun administrasiyasını məhv etməyə çağırıb.

Azpost.info bildirir ki, Medvedeyev bu barədə Volqoqrad vilayətindəki Prudboy Ümümqoşun poliqonuna səfəri zamanı deyib.

“Kiyev rejimi zəhərli arı yuvası kimi məhv edilməlidir. Onlar məhv edilməlidir. Yalnız ayrı-ayrı fərdlər kimi yox… Bu arı yuvasının özünü məhv etmək lazımdır. Ukraynada formalaşmış rejimin kökü kəsilməlidir. Əks halda oradan təhlükə gələcək və siz davamlı olaraq bir ildir davam edən əməliyyata bənzər əməliyyat keçirməli olacaqsınız” -deyə Medvedyev vurğulayıb.

O terror aktlarına mümkün qədər sərt cavab verilməsinin vacib olduğunu deyib: “Mahiyyət etibarı ilə xüsusi əməliyyat böyük ölçüdə antiterror mübarizəsidir. Çünki biz xalqımızı öldürən terrorçularla mübarizə aparırıq”.

Qeyd edək ki, çərşənbə axşamı səhər Ukraynanın səkkiz PUA-sı Moskvadakı hədəflərə hücum etməyə cəhd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.