Medvedev Trampa “ad” qoydu

Medvedyev
Medvedyev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampa kinayəli şəkildə “Amerikalı” ləqəbini verib. AzPost MK-ya istinadla xəbər verir ki, Medvedev bu ifadəni özünün Telegram kanalında yerləşdirdiyi paylaşımda işlədib.

Rusiya rəsmisi Trampın Rusiya lideri Vladimir Putinlə münasibətlərinə toxunaraq onun “yenidən siyasi yelləncəklərə mindiyini” bildirib. Medvedevin sözlərinə görə, Tramp əvvəlcə Putinlə danışdıqdan sonra razı qaldığını, daha sonra isə məyusluğunu ifadə edib.

“Bununla Moskva necə davranmalıdır?” sualını isə Medvedev belə cavablayıb: “Eynilə əvvəlki kimi. Bizim əsgərlərimizin etdiyi kimi. Ali Baş Komandanın etdiyi kimi. Heç nə yoxdur”.

O, Rusiya ordusunun Ukraynada həyata keçirdiyi hərbi əməliyyatların – SVO-nun – məqsədlərinə çatacağını da xüsusi vurğulayıb.

Bu bəyanat ABŞ-ın Ukraynaya silah tədarükü məsələsində yaşanan gərginlik fonunda verilib. Daha əvvəl Tramp Ukraynaya yardımın gecikməsi ilə bağlı məsuliyyət daşımadığını bildirib və bu vəziyyəti İranın nüvə obyektlərinə hücumlardan sonra ABŞ hərbi ehtiyatlarına yenidən baxılması ilə izah etmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.