Medvedev Ukrayna üzrə danışıqların şərtlərini açıqlayıb

“Ukrayna ilə bağlı danışıqlar yalnız Qərbin mövcud reallıqları tanıdığı zaman baş tutacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun fikrincə, Qərbin gücü tükənir və elə hərəkət etməyə çalışır ki, Rusiya açıq-aşkar uduzmuş vəziyyətdə qalsın.

“Düşmənimiz nəfəs alsın deyə, müxtəlif hiylələrdən istifadə edərək bizi küncə salmağa çalışırlar. Onların vəzifəsi müəyyən mənada Rusiyanı zəiflətməyə kömək edəcək danışıqlar prosesini həyata keçirməkdir. Digər tərəfdən isə bu, düşmənimizə güc toplamağa kömək edəcək. Bu cür danışıqlar bizə lazım deyil, hətta zərərlidir. Məsələ danışıqlar üçün reallıqları tanımaqdır”, – Medvedev bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.