Mehriban Əliyeva Milli Musiqi günü ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 18 sentyabr – Milli Musiqi günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“18 sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm.
Azərbaycan xalqı milli musiqi mədəniyyətimizin inkişafına və dünyada tanıdılmasına töhfə vermiş görkəmli bəstəkarlar, dirijorlar, ifaçılar nəsli ilə haqlı olaraq fəxr edir. Öz sələflərinin nadir irsinə bağlılığı qoruyub saxlamaqla musiqimizi yeni səslər, ifalar və yanaşmalarla zənginləşdirən bütün musiqiçilərə təşəkkürümü bildirirəm. Sizin hamınıza tükənməz ilham, enerji, yaradıcılıq uğurları və nailiyyətlər arzulayıram!”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məqsəd Şuşanı ən qısa müddətdə yaşayış üçün yararlı hala gətirməkdir” –

Sonrakı məqalə

Erməni mərmisinin ziyan vurduğu ev niyə təmir edilmir? –