Mehriban Əliyeva Ramazan ayı ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“İnsanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm!

Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”

Əvvəlki məqalə

Sovet kino aktrisası Aleksandra Yakovleva vəfat edib

Sonrakı məqalə

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb