Sovet kino aktrisası Aleksandra Yakovleva vəfat edib

Tanınmış sovet kino aktrisası Aleksandra Yakovleva 65 yaşında vəfat edib.

TASS xəbər verir ki, bu barədə aktrisa ilə birlikdə işləyən rejissor Nikolay Lebedev məlumat yayıb.

O bildirib ki, xərcəngə yoluxan mərhum uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Qeyd edək ki, aktrisa “Ekipaj”, “Sehrbazlar”, “Kaputsin bulvarından olan adam” və bir çox başqa filmlərdəki rolları ilə tanınır.

Əvvəlki məqalə

Britaniya və ABŞ Rusiyaya qarşı təzyiqləri davam etdirəcəklər

Sonrakı məqalə

Mehriban Əliyeva Ramazan ayı ilə bağlı paylaşım edib