Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdocu Zelim Kotsoyevi təbrik edib.
Azpost.info bildirir ki, M.Əliyeva bu barədə paylaşım edib.
“Cüdoçu Zelim Kotsoyev Paris Yay Olimpiya Oyunlarında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! İdmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”.
