Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Meloni İtaliyanın Fələstini tanıması üçün şərtləri açıqlayıb

User 22 Oktyabr 2025 - 22:05 (Last updated: 22 Oktyabr 2025 - 21:54)
meloni

“HƏMAS ölkənin gələcəyində siyasi rolunun olmadığını etiraf edib silahı yerə qoymayana qədər İtaliya Fələstin Dövlətini tanımayacaq“.

Bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Senatdakı çıxışında deyib.

O, ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və Şarm əl-Şeyxdə imzalanan 20 bəndlik planın bölgə üçün müsbət bir inkişaf olduğunu bildirib.

“Bu mühüm addımı mümkün edən diplomatik səylərə görə bütün vasitəçilərə dərin minnətdarlığımızı bildiririk. Misir, Qətər və Türkiyə hökumətlərini, xüsusilə bu danılmaz uğura nail olmaq üçün fövqəladə enerji sərf edən Donald Trampı nəzərdə tuturam. Uzun müddətdən sonra Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması üçün etibarlı bir imkan var, lakin vəziyyət hələ də kövrəkdir. Sülh planının məqsədlərinə çatmaq üçün HƏMAS keçid administrasiyasında və Fələstin Dövlətində heç bir rolunun olmayacağını qəbul etməli və tərk-silah olmalıdır. Bunlar həm də İtaliyanın Fələstin Dövlətini tanıması üçün zəruri ilkin şərtlərdir. Bu, ölkə parlamenti tərəfindən də bəyan edilib və hökumət şərtlər yerinə yetirildikdə hərəkətə keçməyə hazırdır. İtaliya bütün tərəfləri planın şərtlərinə hörmət etməyə və bu “sülh çırağı”nın təqdim etdiyi fürsətdən istifadə etməyə çağırır. Təbii ki, İtaliya üzərinə düşəni etməyə hazırdır”, – deyə Ciorcia Meloni vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Putin və Trampın görüşünə hazırlıq davam edir –
Next: Ağ Ev Səudiyyə Ərəbistanı şahzadəsinin səfərinə hazırlaşır

Oxşar xəbərlər

buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39

xƏBƏR

kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Ətdən imtina etmək gələcəkdə xərçəngin müxtəlif növləri, diabet və idrak qabiliyyətinin zəifləməsi də daxil olmaqla, yaşla əlaqəli...
Read more about Ətdən imtina sağlam qocalmağa kömək edə bilər
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.