“Mercedes” sürücüsünə “BMW”nin cəriməsi yazılıb– VİDEO

cərimə olunacaq
cərimə olunacaq

Bakı sakini Fikrət Əliyev ona yazılan cərimənin əsassız olduğunu deyir. O bildirib ki, idarə etdiyi “Mercedes” markalı avtomobilə, daha dəqiqi, “99-ME-184” dövlət nömrə nişanına elektron qaydada 40 manatlıq cərimə göndərilib. Lakin şəxsi kabinetə daxil olduqda məlum olub ki, qayda pozuntusu əslində başqa bir sürücüyə – “BMW” markalı avtomobilə aiddir.

Sürücü bu texniki səhvin onun avtomobilinə inzibati məhdudiyyət tətbiqinə səbəb olduğunu deyir. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, problemin dərhal aradan qaldırılmadığını və uzun müddət davam etdiyini bildirir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, araşdırma zamanı cərimənin texniki xətadan qaynaqlandığı müəyyən edilib. Səhv operativ şəkildə aşkarlanıb və düzəldilib.

Fikrət Əliyev isə hesab edir ki, belə texniki problemlər vətəndaşların haqsız yerə cərimələnməsinə və əlavə hüquqi çətinliklərə səbəb olur. O, bu cür halların qarşısının alınması üçün sistemin daha dəqiq işləməsinin vacibliyini vurğulayır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.