Merkel koronavirus şübhəsi ilə karantinə aparıldı

Almaniya kansleri Angela Merkel koronavirus şübhəsi ilə karantinə alınıb. 

“Sky News”-in verdiyi xəbərə görə, bu barədə kanslerin mətbuat katibi Steffen Seibert məlumat verib. O bildirib ki, bir neçə gün öncə pnevmaniya infeksiyası ilə bağlı Angela Merkelə peyvənd edən həkimdə virusa yoluxma aşkar edilib. Həkim martın 20-də Almaniya kanslerinə peyvənd edib.

Steffen Seibert qeyd edib ki, qarşıdakı günlərdə Angela Merkel müvafiq yoxlamalardan keçəcək və evdən iş fəaliyyətinə davam edəcək. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rayondan gələnlərin 25 manata Bakıya buraxılması yalandır” –

Sonrakı məqalə

Polis rayondan Bakıya sərnişin daşıyan “Təcili Yardım”ı saxladı –