Merz Almaniyada hərbi çağırışın bərpasının müzakirə oluna biləcəyini istisna etməyib

Almaniya kansleri Fridrix Merz yaxın gələcəkdə ölkədə hərbi çağırışın bərpası məsələsinin gündəmə gələ biləcəyini bildirib.

APA xəbər verir ki, Merz bu barədə Phoenix telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər Silahlı Qüvvələrin şəxsi heyətinin sayı qısa müddətdə lazımi səviyyədə artırıla bilməzsə, bu məsələni müzakirə etmək qaçılmaz olacaq:

“Əgər biz ehtiyac duyduğumuz sayda hərbçini sürətlə cəlb edə bilməsək, bu seçki dövrü ərzində hərbi xidmətin məcburi elementlərini müzakirə etməli olacağıq”.

Kansler xatırladıb ki, Almaniya Konstitusiyası qadınlar üçün məcburi hərbi xidməti nəzərdə tutmur. Bu baxımdan o, alternativ mülki xidmətin bərpası ideyasını da dəstəklədiyini vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.