Meşədə azan yaşlı kişi 17 gün sonra sağ tapıldı –

FOTO
26 May 2021 - 09:40

ABŞ-ın Oreqon ştatında bir kişi 17 gün meşədə sağ qala bilib.

Bu barədə “ABC News” xəbər yayıb.

69 yaşlı Harri Berli mayın 6-da balıq ovuna çıxıb və evə qayıtmayıb. Mayın 8-də onun maşını tapılıb. Axtarışları aparan xilasedicilər meşədə gəzərkən onun tikdirdiyi sığınacaqların qalıqlarına rast gəliblər. Amerikalının izinə düşən xilasedicilər mayın 23-də onu tapa biliblər.

Berlinin vəziyyətinin stabil olduğu, yalnız gəzərkən kiçik ağrılardan şikayətləndiyi bildirilib. O, helikopterlə xəstəxanaya aparılıb və orada müayinə olunub. Hazırda tibb müəssisəsində müalicə edilir.