Messi 400 milyon avrodan imtina etdi –Forvardın hansı komandada oynayacağı məlum oldu

Argentinalı hücumçu Lionel Messi Amerikanın “İnter Mayami” futbol klubuna keçmək qərarına gəlib.

Azpost.info bildirir ki, bu barədə çərşənbə günü Argentinanın Radio Continental radiostansiyasının jurnalisti Hernan Kastillo məlumat verib.

“Messi Səudiyyə Ərəbistanı klubunun təklif etdiyi böyük puldan imtina etdi. O bilir ki, “Barselona” qayıtmaq ona nəsib olmayacaq. Messi hər şeyi “İnter Mayami” klubu ilə razılaşdırıb və onlar üçün oynayacaq. Bu, qərardır. “, – Castillo bildirib.

İyunun 3-də PSJ cari mövsümün sonunda Messidən ayrılacağını elan edib.

Messi 2021-ci ilin yayından PSJdə  çıxış edir. PSJ-nin heyətində futbolçu müxtəlif turnirlərdə 74 oyun keçirib, 32 qol vurub, 35 məhsuldar ötürmə edib.

Messi iki dəfə Fransa çempionu olub və bir dəfə ölkə Superkubokunu qazanıb.

 

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.