Messi azarkeşlərdən üzr istədi, nə üçün meydana çıxmadığını açıqladı

“İnter Mayami”nin hücumçusu Lionel Messi Çin sosial şəbəkəsi “Weibo”da yeni paylaşım edib. 

O, paylaşımında “İnter Mayami” ilə Honq-Konq millisi arasında Konq-Konqda keçirilən keçirilən yoldaşlıq matçında oynaya bilmədiyi üçün azarkeşlərdən üzr istəyib. Messi yazıb:

“Çin və Honq-Konqdakı bütün azarkeşlərə və dostlara salam. Qasıq nahiyəsindən zədə aldığım üçün Honq-Konqda yoldaşlıq görüşündə oynaya bilmədim. Buna görə təəssüflənirəm və üzr istəyirəm. Zədə ağrılı idi. Məni tanıyan dostlar başa düşəcəklər ki, hər oyunda əlimdən gələni etmək istəyirəm.

Ümid edirəm ki, hələ də Honq-Konqa səfər etmək və öz oyunumla azarkeşləri sevindirmək imkanım olacaq. Mən də tezliklə Çinə qayıtmağı və futbol sevincini sizinlə bölüşməyi səbirsizliklə gözləyirəm” deyə futbolçu yazıb.

Qeyd edək ki, argentinalının yoxluğu azarkeşlərin, eləcə də Honq-Konq və Çinin dövlət qurumlarının nümayəndələrinin kütləvi narazılığına səbəb olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.