“Messi gedişi ilə bağlı mənə heç nə deməyib” –

"Barselona"nın baş məşqçisi
04 İyul 2020 - 21:49

İspaniya təmsilçisi “Barselona”nın baş məşqçisi Kike Setyen komandanın futbolçusu Lionel Messinin klubdan ayrıla biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Report”un məlumatına görə, 61 yaşlı mütəxəssis bu barədə AS nəşrinə açıqlama verib.

Setyen mövzu haqqında danışmaq niyyətində olmadığını vurğulayıb: “Messi bu barədə mənə bir söz deməyib. Deyəcəyim başqa heç nə yoxdur. Mən onu hər gün məşqlərdə görürəm, yaxşıdır. Bütün başqa söhbətlər fərziyyədir. Gəlin yalnız iş barədə danışaq”.

Qeyd edək ki, Lionel Messinin 2021-ci ilin yayında “Barselona”nı tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb. Onun karyerasını İngiltərənin “Mançester Siti” klubunda davam etdirə biləcəyi də iddia olunub.