Messi “İnter Mayami”nin ən çox qol vuran futbolçusu olub

Argentinalı ulduz futbolçu Lionel Messi ABŞ-nin “İnter Mayami” klubunun tarixində ən çox qol vuran futbolçu olub.

“Report” xəbər verir ki, o, MLS-in XXXIV turunda “Nyu-İnqlend Revolyuşin”i 6:2 hesabı ilə məğlub etdikləri matçda het-trikə imza atmaqla, komandasının heyətində ümumilikdə 33-cü qolu vurub.

Bunadək “İnter Mayami”nin heyətində ən çox fərqlənən futbolçu 31 qolla Leonardo Kampana idi.

Qeyd edək ki, “İnter Mayami” klubu 2018-ci ildə təsis olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.