Messi maaşa görə “PSJ” klubunu tərk edə bilər

Lionel Messi cari mövsümün sonunda PSJ klubunu tərk edə bilər.

“L’Équipe” nəşrinin məlumatına görə, argentinalı hücumçu Paris klubunun heyətində yalnız məvacibinin azaldılmasına razılaşacağı halda qala bilər.

Messinin atası və PSJ-nin prezidenti Nasser Al-Xelaifi müqavilənin uzadılması şərtlərini razılaşdırmağa çalışsalar da, ortaq məxrəcə gələ bilmirlər.

Mənbənin məlumatına görə, Messi “Barselona”ya qayıtmaqda maraqlıdır. Lakin Kataloniya klubu hələ argentinalı hücumçu ilə bağlı PSJ-yə rəsmi təklif göndərməyib.

Messi bu mövsüm PSJ-nin heyətində Fransa çempionatında 24 oyuna çıxıb, 13 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi bu mövsümün sonunda başa çatır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.