Messi penaltilərdə Ronaldonu üstələdi

İspaniya La Liqasında XXIV turu “Barselona”nın növbəti xal itkisi ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Ronald Kumanın yetirmələri “Kadiz”lə görüşdə heç-heçəylə kifayətlənib.

1:1 hesabı ilə bitən görüşdə hesabı Lionel Messi açıb. Argentinalı 32-ci dəqiqədə penaltidən yararlanıb.

Bu, Messinin La Liqada 73-cü 11 metrlik zərbəsi olub. Cənubi amerikalı bununla da çempionatın tarixində yeni rekord vurub. O, “Real”ın sabiq hücumçusu Kriştiano Ronaldonu arxada qoyub.

İlk dəfə “Kadiz”in qapısına yol tapan Messi klub karyerasında 81-ci rəqibə qol vurub. “Barselona”da 506-cı oyununa çıxan argentinalı bu göstəricidə də rekordu yeniləyib.

89-cu dəqiqədə Aleks Fernandes penaltidən bərabərlik qoluna imza ataraq “Barselona”nı qələbən məhrum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar orduda xidmət edəcək

Sonrakı məqalə

Qazaxıstanda yataqxanada partlayış baş verib –