Messi tarixin ən yaxşı futbolçusu seçilib

İspaniyanın “Marca” nəşri futbol tarixinin ən yaxşı futbolçularının adlarını açıqlayıb.

Siyahının birinci pilləsində Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun ulduz oyunçusu Lionel Messi yer alıb. İkinci pillədə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı üzvü Kriştianu Ronaldo qərarlaşıb. İlk “üçlük”də isə braziliyalı əfsanəvi hücumçu Pele var.

Bununla da L.Messi “Marca” nəşri tərəfindən mükafata layiq görülüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.