“Messi və Ronaldu dünyanın ən yaxşı futbolçularıdır” –Maradona

Argentina yığmasının sabiq üzvü Dieqo Maradona İspaniya “Barselona”sının hücumçusu Lionel Messi və İtaliya “Yuventus”unda çıxış edən Kriştianu Ronaldunu dünyanın ən yaxşı futbolçuları hesab edib.

Hazırda ölkəsində “Ximnasiya və Esqrima” komandasının baş məşqçisi olan əfsanəvi oyunçu “France Football”a açıqlamasında hər iki forvardın digərlərindən üstün olduğunu bildirib.

60 yaşlı mütəxəssis deyib ki, heç kim onların etdiklərinin yarısını da edə bilmir.

Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında “Ximnasiya və Esqrima”ya baş məşqçi təyin olunub. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Erməni əsgəri ordudakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı videoya çəkib

Sonrakı məqalə

Türkiyədə son sutkada koronavirusdan 75 nəfər ölüb