Messi XXI əsrdə qolların nisbəti üzrə ən yaxşıların lideri olub

“Give Me Sport” nəşri XXI əsrin klub səviyyəsində keçirilmiş oyunlarda qolların nisbəti üzrə ən yaxşı futbolçuların reytinq siyahısını açıqlayıb.

“Report” xəbər verir ki, “Barselona”nın 726 matçda 630 qol vurmuş hücumçusu Lionel Messi (0,87) reytinq siyahısına başçılıq edir.

Siyahıda ikinci yerdə “Yuventus”un hücumçusu Kriştianu Ronaldu (0,77) qərarlaşıb. O, 812 oyunda 626 dəfə fərqlənib. İlk üçlüyü “Bavariyanın” hücumçusu Robert Levandovski (0,73) bağlayıb. Onun hesabında 472 oyunda 345 qol var.

Siyahıda digər futbolçular da yer alıb:

1. Lionel Messi (0,87).

2. Kriştianu Ronaldu (0,77).

3. Robert Levandovski (0,73).

4. Luis Suares (0,67).

5. Neymar (0,65).

6. Kilian Mbappe (0,65).

7. Harri Keyn (0,63).

8. Zlatan İbrahimoviç (0,62).

9. Edinson Kavani (0,61).

10. Rud Van Nistelroy (0,60).

11. Serxio Aquero (0,59).

12. Radamel Falkao (0,58).

13. Tyerri Anri (0,57).

14. Ronaldo (0,56).

15. Pauleta (0,56).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

General Polad Həşimov hansı şəraitdə şəhid olub? –

Sonrakı məqalə

“Avropa Birliyi ABŞ-ı istismar etmək üçün yaradılıb” –