Messi XXI əsrdə ən çox qol vuran cənubi amerikalı futbolçudur

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrdə ən çox qol vurmuş cənubi amerikalı futbolçularının reytinqini tərtib edib.

Bombardirlər siyahısına ABŞ-ın “İnter Mayami” klubunun argentinalı ulduzu Lionel Messi başçılıq edir. 37 yaşlı forvard XXI əsrdə ümumilikdə 821 dəfə fərqlənib.

Uruqvay millisinin hücumçusu Luis Suares (557) ikinci, onun həmyerlisi Edinson Kavani (440) isə üçüncü pillədə qərarlaşıb.

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun formasını geyinən braziliyalı Neymar isə 339 dəfə fərqlənib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.