Messidən dünya çempionatında növbəti uğur

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi növbəti uğura imza atıb.

Kapitan dünya çempionatlarında 11-ci qolunu vurub. Belə ki, Messi Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə yarımfinal oyununda 34-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməklə bu uğura nail olub.

Bu, Messinin cari çempionatda beşinci qolu olub. Hesabında ümumilikdə 11 qol olan forvard hazırda forma geyinən futbolçular arasında liderliyə yüksəlib.

Rekord Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeyə məxsusdur – 16 qol.

Argentina-Xorvatiya matçında ilk hissə oynanılır. Argentina millisi 2:0 hesabı ilə öndədir. Matçda ikinci qolu argentinalı Xulian Alvares vurub.

Əvvəlki məqalə

“Ermənistanın Laçın yolunda vəziyyətlə əlaqədar əsassız bəyanatını rədd edirik” –

Sonrakı məqalə

Fransanın sabiq prezidentinin 3 il azadlıqdan məhrum edilməsi tələb olunub