“İnter Mayami”nin hücumçusu Lionel Messinin bud nahiyəsindən aldığı zədə sağalıb.
“Daily Mail”ın məlumatına görə, argentinalı futbolçu komanda ilə ümumi məşqlərə qayıdıb.
Messi zədə səbəbindən “İnter Mayami “nin MLS-də keçirdiyi son üç matçda iştirak edə bilməyib, həmçinin Argentinanın El Salvador (3:0) və Kosta Rika (3:1) ilə yoldaşlıq oyunlarını buraxıb.
Qeyd edək ki, 36 yaşlı futbolçu bu mövsüm ABŞ təmsilçisinin heyətində 5 oyuna çıxıb , 5 qol vurub və 2 qolun ötürməsini verib.