“Messinin istədiyi pulu verməyə vəsaitimiz yox idi…” –

"Barselona"nın prezidentindən açıqlama
08 Oktyabr 2021 - 12:53

“Barselona”nın prezidenti Joan Laporta Lionel Messinin klubdan ayrılıb, PSJ-yə keçməsi barədə danışıb. 

Qol.az xəbər verir ki, o, “Marca”ya açıqlamasında deyib: “Messi ilə biz eyni fikrə gələ bilmədik. Onun istədiyi müqaviləni imzalamaq üçün vəsaitimiz yox idi. Messiyə sərmayə yatırmaq klubu riskə ata bilərdi. “Barselona” Messidən və hamıdan üstündür. Ona görə də onunla müqavilə bağlamağa ehtiyac yox idi”.

Qeyd edək ki, Messi avqust ayında 2+1 illik müqavilə imzalayıb.