Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Meta hər gün 15 milyard saxta reklamdan milyardlar qazanır

User 16 Noyabr 2025 - 12:50 (Last updated: 16 Noyabr 2025 - 10:26)
sukerberq

Reuters agentliyi Meta-nın daxilindəki sənədlərə istinadən yazır ki, şirkət hər il 7 milyard dollardan 16 milyard dollara qədər gəliri dələduzluq sxemlərinin və qadağan olunmuş məhsulların reklamından əldə edir.

Hesablamalara görə, Meta-nın sosial şəbəkələrində istifadəçilərə gündə 15 milyardadək belə reklam göstərilir. Agentlik bildirir ki, şirkət şübhəli marketoloqlardan əlavə ödəniş alır və hər həftə “ən aqressiv fırıldaqçıları” müəyyən edir.

Reuters-in məlumatına görə, Meta-nın platformalarında — Facebook, Instagram və WhatsApp-da — hər gün milyardlarla saxta və qanunsuz reklam nümayiş olunur. Şirkətin 2024-cü ilin sonundakı proqnozlarına əsasən, 2025-ci ildə bu cür reklamlar ümumi illik gəlirin təxminən 10 faizini, yəni 16 milyard dolları təşkil edə bilər.

Agentliyin araşdırdığı sənədlər 2021-ci ildən bu günə qədər Meta-nın maliyyə, lobbiçilik, mühəndislik və təhlükəsizlik bölmələri tərəfindən hazırlanıb. Onlar göstərir ki, sosial şəbəkə nəhəngi azı üç il ərzində bu saxta reklam axınını nə müəyyənləşdirə, nə də dayandıra bilib. Nəticədə milyardlarla istifadəçi onlayn ticarət və investisiya dələduzluqlarının, qanunsuz kazino fəaliyyətinin və qadağan olunmuş tibbi məhsul satışlarının qurbanına çevrilib. 2024-cü ilin sonuna aid sənədlərdən birinə əsasən, Meta “yüksək riskli” elanlardan ildə təxminən 7 milyard dollar qazanır.

Əksər hallarda bu saxtakarlıqlar Meta-nın daxili nəzarət sistemləri tərəfindən “şübhəli” kimi tanınan marketoloqlar tərəfindən həyata keçirilir. Lakin şirkət yalnız o halda reklamçını bloklayır ki, onun avtomatlaşdırılmış sistemləri 95 faiz ehtimalla həmin şəxsin dələduz olduğunu göstərsin. Əgər Meta reklamçını “böyük ehtimalla fırıldaqçı” sayırsa, onu silmək əvəzinə cərimə kimi reklam qiymətlərini qaldırır.

Sənədlərdə qeyd olunur ki, saxta reklamlara klikləyən istifadəçilər bu cür məzmunu daha tez-tez görür, çünki Meta-nın fərdiləşdirilmiş reklam alqoritmləri onların maraqlarına uyğun elanlar göstərməyə çalışır. Kibertəhlükəsizlik üzrə ekspert və Meta-nın keçmiş əməkdaşı Sandip Abraham bildirir ki, şirkətin dələduz mənbələrdən ödəniş qəbul etməsi reklam sənayesində tənzimləyici nəzarətin zəif olduğunu göstərir: “Əgər tənzimləyici orqanlar bankların fırıldaqçılıqdan qazanc əldə etməsinə icazə vermirsə, texnologiya şirkətlərinə də eyni yanaşma tətbiq edilməlidir.”

Meta-nın nümayəndəsi Endi Stoun Reuters-ə bildirib ki, agentliyin araşdırdığı sənədlər “şirkətin fırıldaqçılıqla mübarizəyə yanaşmasını təhrif edən seçmə məlumatlardır.” Onun sözlərinə görə, Meta-nın daxili qiymətləndirməsi — 2024-cü ildə gəlirin 10,1 faizinin saxta və qadağan olunmuş reklamlardan əldə ediləcəyi barədə — “təxmini və  ümumi hesablamadır.”

Stoun əlavə edib ki, sonradan aparılan yoxlamalar nəticəsində real rəqəmin daha aşağı olduğu məlum olub, çünki əvvəlki qiymətləndirməyə “çoxlu sayda qanuni elanlar” da daxil edilmişdi. O, yenilənmiş məlumatları açıqlamaqdan imtina edib və qeyd edib: “Bu hesablama şəffaflıq və etibarlılığı artırmaq, həmçinin fırıldaqçılıq və saxtakarlıqlarla mübarizəyə yönəlmiş investisiyaları əsaslandırmaq məqsədilə aparılmışdı.”

AzPost.az

Post navigation

Previous: İlon Mask dünyanın ilk trilyoneri ola bilər
Next: Britaniya sığınacaq vermə siyasətini sərtləşdirir –

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.